Qadın Basketbol Liqasının 2-ci turu

Dekabrın 11-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının basketbol arenasında 3x3 basketbol üzrə Qadın Liqasının 2-ci turu keçirildi.
Yarışda 9 komanda iştirak edirdi (16 yaşadək qızlar arasında 5 /"BBA", "UGİM 10 Nəriman", "Patriot", "Torpaq", "Total Spice/ və 16 yaşdan yuxarı 4 /"Qarabağ", "Xarı Bülbül", "Generation Z", "Patriot"/). 2-ci tur dairəvi sistemlə keçirildi.
16 yaşadək qızlar arasında 1-ci yeri "BBA" komandası qazandı.
Böyüklər arasında isə "Qarabağ" komandası fərqləndi. Qaliblər Azərbaycan Basketbol Federasiyasının kubok, medal və diplomları ilə mükafatlandırıldılar.