Tələbələr arasında basketbol üzrə ölkə birinciliyi

 11.05.2022 - 19:28    129
Kateqoriya: DİGƏR YARIŞLAR
  • 11 May 2022
  • 19:28
  •  129

11 may 2022 -ci il tarixində Azərbaycan Basketbol Federasiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə, ali təhsil müəsisələrinin tələbələri arasında basketbol üzrə ölkə birinciliyinin açılış mərasimi baş tutdu.

Açılış mərasimində, Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru Fərrux Mahmudov çıxış edərək, tələbə basketbolçulara yarışda uğurlar arzuladılar.

Qeyd edək ki, basketbol üzrə ölkə birinciliyi 11-20 may tarixləri aralığında 24 universitetin iştirakı ilə Bakı Ali Neft məktəbinin idman zalında keçiriləcək.

PHOTO-2022-05-11-18-40-41_1_500

PHOTO-2022-05-11-18-40-42_2_500

PHOTO-2022-05-11-18-40-43-500

PHOTO-2022-05-11-18-40-42_1_500

PHOTO-2022-05-11-18-40-42-500

DİGƏR YARIŞLAR