Türkiyə Çempion
Kateqoriya: DİGƏR YARIŞLAR

30.07.2012
Vilnusda yeniyetmələr (oğlanlar) arasında keçirilən Avropa Çempionatının "A" divizionunda U-16 Türkiyə yığması finalda 66:61 hesabı ilə Fransanı məğlub edərək çempion adını qazandı.
Qeyd etmək istərdik ki, bu yaş qrupunda Türkiyə sonuncu dəfə 2005-ci ildə Avropa Çempionu tituluna layıq görülüb.
Bu möhtəşəm qələbə münasibəti ilə həmkarlarımızı ürəkdən təbrik edirik!





