"Business Cup-2012" yekun vuruldu
Kateqoriya: DİGƏR YARIŞLAR

25.06.2012
İyun ayının 14-dən 21-nə kimi Heydər Əliyev adına İdman Konsert Kompleksində keçirilən "Business cup-2012" turniri başa catdı. Dairəvi üsulla keçirilən yarışda "BP-Azərbaycan" şirkətinin komandası üç oyunda üç qələbə qazanaraq birinci yeri əldə etdi.
Turnir boyu əzmkər oyun nümayış etdirən ABB komandasının kapitanı Ülvi Mansurov MVP player mükafatına layıq görüldü.




