3X3 Basketbol üzrə ilk yarış

 01.10.2015 - 23:22    1784
Kateqoriya: DİGƏR YARIŞLAR
  • 01 Okt 2015
  • 23:22
  •  1784

26.11.2012

Noyabr ayının 24-də Heydər Əliyev adına İdman Konsert Kompleksində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə 3x3 basketbol üzrə yeniyetmələr (U16) arasında ilk dəfə Bakı şəhərinin açıq birinciliyi keçirildi.

Yarışda "Təhsil Respublika İdman Mərkəzi", "Neftçi" İSM, "Makkabi" MİİB, "NTD" və Hövsan Olimpiya Mərkəzini təmsil edən yeniyetmə oğlanların 15 və qızların 4 komandası iştirak edirdi. Oyunlar eyni vaxtda üç meydançada keçirilirdi. Oğlanlar üç qrupda, qızlar isə bir qrupda yarışırdılar. Həm oğlanlar həm də qızlarda qaliblər dairəvi üsulla müəyyən edildi. Belə ki, oğlanlar arasında hər qrupda birinci yerə çıxan komanda digər qrup qalibi ilə öz arasında oynadı.

Finalda Sabunçu UGİM-1 komandası "Makkabi" MİİB-1 (21:8) və Təhsil RİOEUGİM-1 (18:17) komandalarına qalib qələrək birinci yeri tutdu. Təhsil RİOEUGİM-1 komandası isə Makkabi MİİB-1 (21:10) üstün qələrək ikinci yeri qazandı.

Qızlarda isə "Neftçi" İSM-1 Sumqayıt şəhərin komandasına 13:3 hesabi ilə qalib qələrək birinci yeri tutdu, üçüncü yeri isə "Neftçi" İSM-2 qazandı.
Yekunda I-ci, II-ci və III-cü yerləri tutmuş komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin müvafiq dərəcəli diplomları və Azərbaycan Basketbol Federasiyasının qiymətli hədiyyələri ilə təltif edildilər.

3x3q

3x3q1

3x3og1

3x3og

3x3og2

DİGƏR YARIŞLAR