Kişilər arasında 3x3 Basketbol üzrə I açıq birinciliyi keçirildi

07.04.2013
Aprel ayının 06-da Heydər Əliyev adına İdman Konsert Kompleksində 3X3 basketbol üzrə kişilər arasında Azərbaycan Respublikasının I açıq birinciliyi keçirildi.
Yarışda 16 komanda iştirak edirdi. Komandalar 4 qrupa bolündü, oyunlar eyni vaxtda iki meydançada dairəvi sistemlə keçirilirdi. Hər qrupdan birinci yerə layiq görülən komanda yarımfinala vəsiqə qazandı. Finalda Gəncə, "Qala-Atena" BK-1, "Qala-Atena" BK-2 və Bakı Dövlət Universitetinin "Rookies" komandalar qarşılaşdılar.
Yekunda I-ci, II-ci və III-cü yerləri tutmuş komandalar ABF-nin müvafiq dərəcəli diplomları ilə, qalib komanda isə ABF-in kuboku ilə təltif edildi.
I yer Gəncə
II yer "Qala-Atena" BK-1
III yer "Qala-Atena" BK-2
IV yer Rookies



