Azərbaycanda ilk dəfə təkbətək basketbol yarışı keçiriləcək

13.06.2013
İyunun 29-da "Bakı Crystal Hall"un meydançasında "Red Bull" şırkətinin təşkilatlığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə ölkəmizdə ilk dəfə təkbətək basketbolun seçmə mərhələsi keçiriləcək.
Eyni zamanda iki meydançada keçirilən yarışda 64 oyunçunun iştirakı nəzərdə tutulur. 64 nəfərdən yalnız bir nəfər qalib sentyabrın 28-də Amerikanın San-Fransisko şəhərinin yaxınlığında Alkatras adasında keçiriləcək "Red Bull King of the Rock"un dünya birinciliyinə vəsiqə qazanacaq.
Seçmə mərhələ iştirakçılarının qeydiyyatı "Red Bull"un facebook səhifəsində keçirilir.
https://www.facebook.com/events/585530138146308/?notif_t=plan_user_joined
https://docs.google.com/forms/d/1UdJzAINLDygE_T2TKLMua7Wy9tfvUJ6xJ6bmAlkzevg/viewform



