20 min dollar qalibi gözləyir

05.07.2013
Xəbər verdiyimiz kimi sentyabrin 28-də ABŞ-nın San-Fransisko şəhərinin yaxınlığında yerləşən Alkatras adasında (keçmişdə Amerikanın ən məhşur həbsxanalarından biri) "Red Bull King of The Rock" təkbətək basketbol üzrə dünya birinciliyi keçiriləcək.
Dünya birinciliyində ölkəmiz milli yığmanın üzvü Amil Həmzəyevlə təmsil olunacaq. O, Amerikaya vəsiqəni iyunun 29-da Bakıda 64 nəfərin iştirakı ilə keçirilən seçmə mərhələninin qalibi olaraq qazanmışdır.
Azərbaycan Basketbol Federasiyası və respublikanın basketbol ictimaiyəti bu qələbə münasıbəti ilə Amili ürəkdən təbrik edərək ona Sakit okeanin uzaq sahillərində möhtəşəm zəfər arzulayır.






