Novruz Bayramına həsr edilmiş Bakı birinciliyi

 16.07.2015 - 19:51    1101
Kateqoriya: DİGƏR YARIŞLAR
  • 16 İyul 2015
  • 19:51
  •  1101

2000-ci il martın 23-dən aprelin 1-nə kimi Bakı şəhərində Novruz bayramına həsr edilmiş basketbol üzrə rayon yarışlarının qalibi olmuş ümumtəhsil məktəbləri arasında Bakı birinciliyi keçirilmişdir.

Martın 23-də Nəsimi ray. 164№-li və 94№li məktəbin idman zalında iki qrup üzrə yarışlar başlanmışdır.

Aprelin 1-də final oyunlar Nəsimi ray. 164№-li məktəbin idman zalında keçirilmişdir.

Finalda məktəblərin şagirdlərindən təşkil edilmiş oğlan və qızlardan ibarət komandalar (oğlanlardan 12 və qızlardan ibarət 9 komanda) iştirak etmişdilər.

Yarışlar dairəvi sistemla bir dövrədə keçirildi.

Oğlanlar:

I yer - Nizami ray. 229№-li məktəb

II yer - Sabunçu ray. 271№-li məktəb

III yer - Nəsimi ray. 164№-li məktəb

IV yer - Yasamal ray. 167№-li məktəb

 

Qızlar:

I yer - Nizami ray. 145№-li məktəb

II yer - Qaradağ ray. 233№-li məktəb

III yer - Nəsimi ray. 66№-li məktəb

IV yer - Sabunçu ray. 72№-li məktəb

DİGƏR YARIŞLAR