Azərbaycan BAM turniri (2000)
2000-ci il iyun ayının 15-dən 25-nə kimi Bakı şəhərində 1986/1987-ci il təvəllüdlü yeniyetmələrdən (oğlan və qızlardan ibarət) ibarət Azərbaycan BAM turniri Nəsimi ray. 164№-li məktəbin idman zalında keçirilmişdir.
Yarışda oğlanlardan ibarət 16 komanda və qızlardan ibarət 6 komanda iştirak etmişdilər. Yarışlar dairəvi üsulla yarımqruplarda keçirilir (oyun hər biri 15 dəqiqədən ibarət 2 hissədə keçirilir).
Oğlanlar:
I yer - Qaradağ UGİM
II yer - İK "Məşəl"
III yer - Nəriman UGİM
IV yer - Xətai UGİM
Qızlar:
I yer - İK "Bakili"
II yer - Sabunçu UGİM
III yer - Xətai UGİM
IV yer - Renat I



