Türklərin Riqa zəfəri

29.07.2013
Latviyada keçirilən Avropa Çempionatının finalında Türkiyənin U18 milli yığması xorvatları məğlub edərək qızıl medalları qazandı 81-74 (16-22, 22-15, 23-18, 20-19).
Türkiyə milli yığmasının gənc ulduzu Kenan Sipahinin Çempionatının ən yaxşı oyunçusu (MVP) adına layıq görülməsi isə bu qələbəni daha da möhtəşəm etdi.
Azərbaycan Basketbol Federasiyası qardaş Türkiyənin basketbolçularını bu parlaq qələbə münasibəti ilə ürəkdən təbrik edir.
Hər zaman sükanı belə saxlayın!






