Fransa basketbol tarixində ilk dəfə Avropa çempionu oldu

23.09.2013
Avropa Çempionatının çox gərgin keçən 1/4 final oyunlarından sonra mükafatlar uğrunda mübarizəyə 4 ən yaxşı milli yığma qatıldı.
Üçünçü yer uğrunda keçirilən görüşdə İspaniya millisi xorvatlarla qarşılaşdı. Bu oyundan öncə 1/4 finalda Litvaya məğlub olan xorvatlar (77-62 /24-19, 16-18, 21-8, 16-17/) ispanlara da müqavimət göstərə bilmədilər. İspaniya yığması 92-66 (23-18, 24-18, 16-12, 29-18) hesabiyla qalib qələrək bürünc medalları qazandı. Bütün çempionat boyu möhtəşəm basketbol sərgiləyən Litva yığması finalda Fransa ilə qarşılaşdı. Final görüşdə litvalılar oyunun birinci və dördünçü hissələrində qalib gəlsələr də ikinci hissədəki uğursuzluq ucbatından çempionluğu əldən verdilər. Fransa yığması ümumi hesabda 80-66 (19-22, 31-12, 18-16, 12-16 Litvaya qalib gəldi.
Buna baxmayaraq biz Litva basketbolçularını Avropa Çempionatında göstərdikləri gözəl oyuna və yüksək nəticəyə görə ürəkdən təbrik edirik!!!





