İlk sınaq

25.04.2014
Aprelin 27-də Cəlilabad şəhərində 3X3 basketbol üzrə kişilər arasında I Azərbaycan Turuna start veriləcək.
Azərbaycan basketbol tarixində ilk dəfə təşkil olunan bu yarışma ölkəmizin dörd (4) (Cəlilabad, Şəki, Gəncə və Şırvan) şəhərində keçiriləcək. 3X3 basketbol üzrə I Azərbaycan Turu dörd mərhələdən ibarətdir. Hər mərhələdə bütün komandalara tutduqları yer nisbətində xallar hesablanacaq.
Finalda (dördüncü mərhələ) ümumi xal hesabına görə I Azərbaycan Turunun qalibi müəyyən ediləcək.



