Azərbaycan turunun ilk mərhələsi keçirildi

 04.10.2015 - 11:47    444
Kateqoriya: DİGƏR YARIŞLAR
  • 04 Okt 2015
  • 11:47
  •  444

Aprelin 27-də Cəlilabad şəhərində 3X3 basketbol üzrə I Azərbaycan Turuna start verildi.

Bu yarışda Cəlilabadı 4 Bakını 3 və Gəncəni 3 komanda təmsil edirdi. Oyunlar dairəvi üsulla iki qrupda keçirilirdi. Hər qrupda 1-4 yerləri tutan komandalar mübarizəni davam etdirdilər. Yarımfinala Cəlilabad-1, Cəlilabad-4 və Qala 1 və Qala-2 komandaları çıxdılar. Həlledici final qarşılaşmasında Qala-1 və Cəlilabad-1 komandaları üz-üzə gəldilər.

Çox gərgin mübarizə şəraitində keçən oyunda Qala-1 19-16 hesabı ilə meydan sahiblərinə qalib gəldi.

Oyun başa çatdıqdan sonra Azərbaycan Turunda işirak edən basketbolçular 3xallıq atışlar üzrə yarışdılar.Bir dəqiqə ərzində ən çox sərrast atış atan iki oyunçu finala vəsiqə qazandı.

Amil Həmzəyev - 17

Anar Sarıyev - 14

 

Növbəti mərhələ mayın 4-də Mingəçevir şəhərində keçiriləcək.

Qala-1 - 12 xal

Cəlilabad-1 - 10 xal

Qala-2 - 8 xal

Cəlilabad-4 - 6 xal

Qala-3 - 4 xal

Cəlilabad-3 - 4 xal

Cəlilabad-2 - 4 xal

Gəncə-2 - 4 xal

Gəncə-3 - 2 xal

Gəncə-1 - 2 xal

DİGƏR YARIŞLAR