"Neftçi" 3x3 basketbol üzrə Azərbaycan kubokuna yiyələndi

03.03.2014
Mart ayının 1-də Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun idman zalında qadınlar arasında 3X3 basketbol üzrə Azərbaycan Kubokunun yarışları keçirildi.
Turnirdə "Neftçi" klubun 3, "Məşəl"in 2, Bakı Slavyan Universiteti, British School in Baku və Bakı komandaları iştirak edirdi. Gərgin mübarizə şəraitində keçən yarışda "Neftçi" 1-in qızları rəqiblərini məğlub edərək birinci yeri tutdular.
Yarışın ərsəyə gəlməsində hərtərəfli şərait yaratdığına görə Azərbaycan Dövlət Neft Şirkətinin "Neftçi" klubunun rəhbərliyinə minnətdarlığımızı bildiririk.