İkinci mərhələnin nəticələri

05.05.2014
Mayın 4-də Mingəçevir şəhərində 3X3 basketbol üzrə I Azərbaycan Turunun ikinci mərhələsi keçirildi.
Cəlilabadda yarışan 10 komanda bu dəfə yeni məkanda öz qüvvələrini sınadı. Oyunlar çox gərgin mübarizə çəraitində keçirdi. Xüsusi ilə Gəncə-1 komandası yaxşı oyun sərgiləyərək yarımfinalın bir addımlığında idi. Amma həlledici görüşdə Gəncə-1 komandası rəqibi olan Cəlilabad-4 overtaymda məğlub oldu.
Ayrıca qeyd etmək istərdik ki, qrup mərhələsində Qala-2 Qala-3 qarşılaşmasında ədalətli oyun qaydalarına (Fair play) əməl olunmadığına görə Qala-2 qalibiyyətinə baxmayaraq hər iki komandaya məğlubiyyət verildi. Bu qərar yarışın təşkilat komitəsinə daxil olan yazılı və şıfahi etirazlardan sonra ABF-nın Nəzarət-Təftiş Komissiyası tərəfindən qəbul edildi.
Finalda Qala-2 - Cəlilabad-4 (19-15) və Qala-1 - Cəlilabad-1 (21-12) qarşılaşdılar.
Qrup mərhələsi başa çatdıqdan sonra turun iştirakçıları 3xallıq atışlar üzrə öz məharətlərini sınadılar. Bu yarışmada ən yüksək nəticəni Tahir Baxşıyev -15 və Polad Həsənov 15 göstərdilər.
Növbəti mərhələ mayın 11-də Şırvan şəhərində keçiriləcək.
Qala-1 - 24 xal
Cəlilabad-1 - 20 xal
Qala-2 - 16 xal
Cəlilabad-4 - 12 xal
Cəlilabad-3 - 8 xal
Cəlilabad-2 - 8 xal
Gəncə-2 - 6 xal
Qala-3 - 6 xal
Gəncə-3 - 6 xal
Gəncə-1 - 6xal



