QALA-1 çempion oldu, GƏNCƏ-1 overtaymda yenildi

19.05.2014
May ayının 18-də Şırvan şəhərində 3X3 Azərbaycan turunun sonuncu mərhələsi keçirildi.
Xəbər verdiyimiz kimi bu mərhələdə öncə Qala-1 komandası əminliklə öz liderliyini qoruyurdu. Sonuncu mərhələ istisna olmadı. Bütün Tur boyu stabil oyun numayiş etdirən Cəlilabad-1 komandasının səylərinə baxmayaraq 11-21 hesabıyla onlar bu dəfə də Qala-1-ə məğlub oldular.Ayrıca qed etmək istardik ki, bu mərhələdə Gəncə-1 komandası əzmkar oyun nümayış etdirərək Qala-3 və Cəlilabad-4 komandalarına yalnız təyin olunmuş əlavə vaxtda (overtaymda) məğlub oldu.
3xallıq atışlar üzrə yarışmada 5 basketbolçu (Anar Sarıyev, Emin Abdullayev, Amil Həmzəyev, Zaur Guşanov, Tahir Baxşıyev) güclərini sınayırdılar. Birinci yerə (1dəq. 17 sərrast atış) Anar Sarıyev layıq qörüldü.
Bundan sonra "Dunk" atışları üzrə müsabiqə keçirildi. Müsabiqədə Emil Mirzoyev, Anar Hacıyev, Rasim Ağarzayev, Nicat Məmmədli, Amil Həmzəyev və Valeriy Ramazanov iştirak edirdilər. Bu yarışmada dığər rəqiblərini qabaqlayaraq Anar Hacıyev qalib qəldi.
Yekun cədvəl:
Qala-1 - 48 xal
Cəlilabad-1 - 34 xal
Cəlilabad-4 - 28 xal
Qala-2 - 22 xal
Qala-3 - 20 xal
Cəlilabad-3 - 16 xal
Gəncə-1 - 16 xal
Gəncə-3 -14 xal
Gəncə-2 - 8 xal
Cəlilabad-2 - 8 xal










