Alkatras Samasanayla əvəzləndi
Kateqoriya: DİGƏR YARIŞLAR

19.06.2014
"Sərhədçi" İdman Olimpiya Mərkəzində iyunun 28-də Red Bull King of The Rock Azerbaijan 2014 yarışının seçmə mərhələsinə start veriləcək. Saat 12-də başlayan ilk mərhələdə 18 yaşından yuxarı qızlar və oğlanlar iştirak edə bilərlər. Ələkdən keçən ən yaxşı basketbolçular iyulun 5-də Tayvanın Samasana adasında bu ilin sentyabr ayında keçiriləcək Red Bull King of the Rock-un Dünya Finalına vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar.



