"Səkkizlər Final"ı başa çatdı

15.04.2014
FİBA referimiz Ələkbər Həsənovun hakimlik etdiyi qadınlardan ibarət Avroliqanın “Səkkizlər Final”ı başa çatdı.
Bu turnirin həlledici oyununda İstanbulun “Qalatasaray OdeBank” və “Fənərbaxça" klubları qarşılaşdılar. Gərgin mübarizə şəraitində keçən türk finalında “Qalatasaray OdeBank” 69 - 58 (26:7, 16:22, 11:15, 16:14) hesabı ilə "Fənərbaxça"ya üstün gələrək Avroliqanın çempionu oldu.
Bu möhtəşəm zəfər münasibəti ilə türkiyəli həmkarlarımızı ürəkdən təbrik edirik!



