İspaniyanın inamlı qələbəsi
Kateqoriya: DİGƏR YARIŞLAR

21.09.2015
Xəbər vərdiyimiz kimi, Fransada keçirilən Avropa Çempionatı həlledici mərhələyə qədəm qoydu.
Bütün rəqiblərini aşıraraq finalda Litva ilə İspaniya komandaları qarşılaşdılar. Gərgin mübarizə şəraitində keçən görüşdə litvalılar yalnız 2-ci hissədə ispanlara müqavimət göstərə bildilər. Yekunda İspaniya 80-63 (19:8, 22:25, 19:10, 20:20) hesabı ilə Litvanı məğlub edərək Avropa Çempionu titulunu qazandı.
Oyunun qəhrəmanı Paul Qazol 25 xal topladı.




