Sınaq uğurla keçdi

26.05.2015
May ayının 24-də Birinci Avropa Oyunlarının Parkının basketbol meydançasında 3X3 basketbol üzrə ilk sınaq yarışı keçirildi. Yarışda ("Gala", "AZTOP", "NTD", "Ulduzlar", Azəri" və "Aslanlar" komandaları iştirak edirdilər. Komandalar iki qrupda mübarizə aparırdılar.
"A" qrupu
"Qala" - "AZTOP", 17:16
"AZTOP" - "Aslanlar", 14:12
"Aslanlar" - "Qala", 6:22
"B" qrupu
"Azəri" - "NTD", 6:8
"NTD" - "Ulduzlar", 21:10
"Ulduzlar" - "Azəri", 10:14
Beləliklə yarımfinalda "NTD"-"AZTOP" 21:17 və "Qala" - "Azəri" 21:12 komandaları qarşılaşdılar. Finalda "Qala""NTD"-ni sınağa çəkdi. Yarımfinalda bütün gücünü sərf edən "NTD" həledici məqamda "Qala"ya (9:22) layıqli müqavimət göstərə bilməyərək birinciliyi əldən verdi. Qalib komandaya Avropa Oyunları Əməliyyat Komitəsi (AOƏK) tərəfindən Avropa Oyunlarında 3X3 basketbol yarışlarının finalını izləmək üçün biletlər təqdim edildi. 3X3 basketbol üzrə sınaq yarışı Azərbaycan Basketbol Federasiyası və AOƏK təşkilatçılığı ilə keçirildi.
Bu sınaq turnirinə Beynəlxalq Basketbol Federasiyası tərəfindən Avropa Oyunlarının 3X3 basketbol yarışlarına təhkim olunmuş məsul şəxs Robert Rieblinger nəzarət edirdi.
















