Tissot Basketbol Media Kuboku 2015

 06.10.2015 - 10:45    696
Kateqoriya: DİGƏR YARIŞLAR
  • 06 Okt 2015
  • 10:45
  •  696

29.05.2015

May ayının 28-də "The Club Port Baku"nun idman zalında "Tissot" şırkətinin sponsorluğu və Azərbaycan Basketbol Federasiyasının təşkilatı dəstəyi ilə 3X3 basketbol üzrə turnir keçirildi.

Yarışda ANS TV, ANS ÇM, Lider TV, Az TV, İdman Azərbaycan, Mədəniyyət və İTV-nın basketbol komandaları iştirak edirdi. Maraqlı mübarizə şəraitində keçən yarışın yarımfinal mərhələsinə AzTV, ANS TV, İdman Azərbaycan və ANS ÇM komandaları çıxdı. Bu mərhələdə Az TV və ANS ÇM komandaları müvafiq olaraq ANS TV və İdman Azərbaycan komandalarına qalib qələrək finala yüksəldilər.

Üçüncü yer uğrunda garşılaşmada İdman Azərbaycan ANS TV-ya 2:1 hesabıyla qalib qəldi. Qarşılıqlı hücu mlar şəraitində keçən final oyunda son saniyələrədək gərgin mübarizə getdi. Amma AzTV basketbolçuları qarşılaşmanın sonunda mizanı öz tərəfinə əyərək 8:5 hesabıyla ANS ÇM-i məğlub etdi. Bu minvalla AzTV komandası "Tissot Basketbol Media Kubokuna"sahib oldu.

Bundan əlavə I, II və III yerləri tutan komandalar "Tissot" brendinə aid saatlarla mükafatlandırıldılar.

tissot

tissot1

tissot2

tissot3

DİGƏR YARIŞLAR