"Olympic Moves" proqramın final mərhələsi keçirildi

 06.05.2016 - 14:24    561
Kateqoriya: DİGƏR YARIŞLAR
  • 06 May 2016
  • 14:24
  •  561

Aprel ayının 29-da Bakı İdman Sarayında "Bakı 2015" Avropa Oyunlarının sosial və idman irsi olan "Olympic Moves" proqramının bağlanış mərasimi keçirildi.

Avropa Oyunlarında sonra start verilən "Olympic Moves" proqramına 4 idman növü üzrə (3X3 basketbol, yüngül atletika, velosiped, badminton) Bakıda 52 mindən çox şagird goşuldu.

Bu möhtəşəm idman yarışına Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və “Coca-Cola” şirkəti dəstək verdi.

"Olympic Moves" proqramının əsas məqsədi Avropa Oyunlarının idman irsini davam etdirərək məktəblər arasında adı çəkilən idman növləri üzrə məktəb və şəhər yarışları keçirməklə şagirdləri sağlam həyat tərzinə cəlb etməsi ilə yanaşı Olimpiya dəyərlərini təşviq etməkdir.

3x3 Basketbol idman növü üzrə finalda Nərimanov rayonunun 200 saylı orta məktəbi Nizami rayonunun 220 saylı orta məktəbi ilə görüşüb və nəticədə 200 saylı məktəb qalib gəlib. Xətai rayonunun 17 saylı orta məktəbi yarışda 3-cü yeri tutub.

Qalib komandalar təşkilatçılar tərəfindən mükafatlandırılıb. Bağlanış mərasimində komandaları 1 500-dən çox izləyici dəstəkləyib.

 

 

 0B4C5245

0B4C5219

F01A9745

F01A9754

F01A9817

F01A9937

F01A9883

F01A9995

DİGƏR YARIŞLAR