"Streetball Challenges 3X3" turniri

Mayın 22-də ADA-nın açıq meydançasında 3X3 basketbol üzrə turnir keçirildi.
Milli Olimpiya Komitəsi və Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə keçirilən yarışda 26 komanda (onlardan 8-zi uşaq-yeniyetmə komandası) iştirak edirdi.
Böyüklər arasında final qarşılaşmada "F.6.P" komandası (Fikrət Paşayev, Anar Hacıyev, Vüqar Əliyev, Murad Ramazanov) "The Vikings" komandasını məğlub edərək birinci yeri tutdu.
Uşaq-yeniyetmələrdə isə "Forza" komandası (Çingiz Abdullayev, İlkin Məmmədov, Emil Quliyev, Cavid Suleymanov) "Baku Warriors"u yenərək birinciliyi qazandı.







