"3x3 Streetball Championship in Baku 2016/2017 - Open" turunun birinci mərhələsi keçirildi

Iyun ayının 26-da ADA Universitetinin açıq meydançasında "3x3 Streetball Championship in Baku 2016/2017 - Open" turunun birinci mərhələsi keçirildi.
Milli Olimpiya Komitəsi və Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə keçirilən yarışda 32 komanda (onlardan 12-si uşaq-yeniyetmə komandası) iştirak edirdi.
Kişilər arasında final qarşılaşmada "Polukhinski Pereulok" komandası (Nadır Əhmədov, Suleyman Cəfərov, Tərxan Hüseynzadə, Eldar Qoçayev) "AZTOP"a (Dmitriy Neçay, Vadim Doqşın, Emil Mirzoyev, Rustam Əliyev) 8:11 hesabıyla uduzdu.
Bu minvalla "AZTOP" bu mərhələnin qalibi oldu. Nadır Əhmədov ("Polukhinski Pereulok") turnirin ən dəyərli oyunçusu (MVP) seçilmişdir.
Yeniyetmə oğlanlarda isə "Fireball " komandası (Rza Məmmədli, Rariz Allahverdiyev, Elnur Namazov , Qəhrəman Cavadov) "21-st century" 10:7 hesabıyla qalib gələrək birinciliyi qazandı.



