3X3 basketbol üzrə növbəti turnir

 09.08.2016 - 12:50    507
Kateqoriya: DİGƏR YARIŞLAR
  • 09 Avq 2016
  • 12:50
  •  507

3x3azerbaycan.com xəbər portalının verdiyi məlumata görə avqustun 7-də paytaxtımızda 3x3 basketbolu üzrə növbəti turnir keçirilib.

Yarışda 36 komanda mübarizə aparıb. Onlardan 4-ü peşəkar, 22-si həvəskar, 10-u isə yeniyetmələrdən ibarət kollektivlər olub. Peşəkarlar arasında birinci yerə Amil Həmzəyev, Polad Həsənov və Emin Cəfərovun yer aldığı “Gence Fires” komandası sahib çıxıb.

Həvəskar komandalar arasında keçirilən yarışda isə “F.6.P” komandası hamıdan güclü olub. Nəhayət ki, yeniyetmələrin turnirində “Splash brothers” komandası qalib adını qazandı.

Turnirin gedişində keçirilən “Three Point Contest” müsabiqəsində Anar Həsənov kişilər, Raul İsmayılov isə yeniyetmələr arasında ən yaxşı nəticəni göstərib. İsmayılov həmçinin yeniyetmələr arasında turnirin ən dəyərli oyunçusu seçilib. Kişilərin yarışında isə bu ada Rüstəm Əliyev layiq görülüb.

Qeyd edək ki, artıq sayca 8-ci dəfə keçirilən turnir “3x3 Azərbaycan” layihəsinin birilliyinə və Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarına həsr edilib.

DİGƏR YARIŞLAR