Amil 1/4 finala qədər irəlilədi
Kateqoriya: DİGƏR YARIŞLAR
Serbiyanın Belqrad şəhərində "Red Bull King of the Rock 2016" turnirinin final mərhələsi keçirildi.
Bu yarışda ölkəmizi milli yığmanın üzvü Amil Həmzəyev təmsil edirdi. İki mərhələni uğurla keçən Amil (Dos Santos, Anqola - 9:5, Çunq Çyen Li, Tayvan - 11:4) 1/4 finalda 5 xəbərdarlıq alaraq litvalı Karolis Sarukasa məğlub oldu 5:8.



