"Real" "Olimpiakos"u üstələdi
Kateqoriya: DİGƏR YARIŞLAR

Oktyabr ayının 12-də Avroliqanın birinci turunun ilk oyunu keçirildi.
Rəqiblərə gəldikdə isə "Real" (Madrid) - "Olimpiakos" (Pirey) qarşılaşması kəskin mübarizə şəraitində keçdi. Belə ki, ispanlar üçüncü hissədən sonra Avroliqanın 3 qat çempionu olan yunanların müqavimətini qıraraq oyunu qələbə ilə başa çatdırdılar (83:65 /24-17, 18-23, 20-13, 21-12/).



