Gəncədə 3X3 basketbol üzrə turnir keçirildi

 14.03.2017 - 17:03    247
Kateqoriya: DİGƏR YARIŞLAR
  • 14 Mart 2017
  • 17:03
  •  247

Martın 12-də ABF-sı Qərb bölgə nümayyəndəliyinin təşkilatı dəstəyi ilə Gəncə Olimpiya Kompleksində 3X3 basketbol növü üzrə turnir keçirildi.

Turnirdə Gəncə (8), Bakı (3) və Gürcüstanı təmsil edən 12 komanda iştirak etdi. Rəqiblərini yenən "Finiks" komandası (Rəhman Teymurbəyov, Samir İbrahimov, Ramil Əyyubov, Perxad Artyukov) finalda "Xəmsə"ni (Rizvan Səfərov, İlknur Abbasov, Abdulla Şabanov, Zaur Həsənov) udaraq turnirin qalibi oldu.

"Finiks" komandasının oyunçusu Samir İbrahimov 3 xallıq atış müsabiqəsinin qalibi oldu. "GBK" komandasının kapitanı Səlimxan Rəcəbzadə turnirin ən yaxşı oyunçusu seçildi.

55c6dd67

37dd99ea

 

DİGƏR YARIŞLAR