"Olimpic Moves"in finalı keçirildi

 08.06.2017 - 14:55    409
Kateqoriya: DİGƏR YARIŞLAR
  • 08 İyun 2017
  • 14:55
  •  409

İyun ayının 4-dən 5-nə kimi "Sərhədçi" İdman Olimpiya Mərkəzində "Olimpic Moves" hərəkatının final mərhələsi keçirildi. 2 il ərzində davam edən bu möhtəşəm idman yarışlarına Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və "Coca-Cola" şirkəti dəstək verdi. 

Xatırladaq ki, 2 il ərzində bu proqramda ölkəmizin bütün bölgələrini təmsil edən 100 minə yaxın məktəbli şagird iştirak edib. Final mərhələdə velosiped, atletika, badminton, 3X3 basketbol və 2X2 voleybolu təmsil edən gənc idmançılar öz güclərini sınadılar. 3X3 basketbolun finalında Nizami rayonunun 220 saylı orta məktəbin komandası Xətai rayonunun 17 saylı orta məktəb komandasıyla üz-üzə gəldi.

Çox gərgin mübarizə şəraitində keçən qarşılaşmada 220 saylı orta məktəbin komandası rəqibini 10:8 hesabıyla məğlub etdi. Daha sonra qalib komandaların mükafatlandırma mərasimi keçirildi. 

Qalibləri MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov, Olimpiya Çempionları Zenfira Məftiətdinova, Ludmila Şubina təltif ediblər.

DİGƏR YARIŞLAR