"Qartal"lar birinci oldu
Kateqoriya: DİGƏR YARIŞLAR

İyunun 24-də "ADA" Universitetinin basketbol meydançasında "3X3 ABF Youth Cup 2017" turniri keçirildi.
Birinci yeri "Qartal" komandası (Ülvi Əzimov, Ramiz Quliyev, Rüstəm Mürvətov, Cəbrayıl Əkbərov) qazandı.
İkinci və üçüncü yerləri müvafiq olaraq "Baku Warriors" (Adil Çaybasarskiy, Fikrət Ələkbərov, Ayxan Qurbanlı, Məhəmməd Səfixanlı) və "Baku Cavaliers" (Elvin Qurbanov, Amin Hüseynov, Kamil Məhərrəmov, Murad Səmədov) komandaları bölüşdürdülər.



