Göygöldə beynəlxalq turnir keçirildi

 27.03.2018 - 15:41    342
Kateqoriya: DİGƏR YARIŞLAR
  • 27 Mart 2018
  • 15:41
  •  342

Mart ayının 24 Göygöl Olimpiya İdman Komleksində 3X3 basketbol üzrə «Basketball 3x3 Azerbaijan Cup-nın Ganja International 2017-2018 » ölkə turunun 6-cı turniri keçirildi.

Turnirdə 18 komanda iştirak etdi. Novruz bayramına həsr olunmuş turnirdə Türkmənistanın U-23 komandası qalib oldu, turnirin ikincisi "Phoenix" komandası, üçüncüsü isə Gəncə NTD komandası oldu.

Turnirin ən dəyərli oyunçusu kimi (MVP) "Phoenix" komandasının üzvü Fariz Qənbərov təşkilat tərəfindən seçildi. «Slam Dunk Contest» müsabiqəsinin qalibi «Stars» komandasının üzvü Əkbər Məmmədov oldu.

img-6761

DİGƏR YARIŞLAR