Ölkə çempionatının finalı keçirildi

 25.06.2018 - 13:13    184
Kateqoriya: DİGƏR YARIŞLAR
  • 25 İyun 2018
  • 13:13
  •  184

Bakıda ADA Universitetinin basketbol meydançasında 3x3 basketbol üzrə Azərbaycan birinciliyinə yekun vuruldu.

Belə ki, final mərhələdə 7 komanda iştirak edirdi.  Bu yarış bir il ərzində 45 komanda arasında ölkəmizin müxtəlif bölgələrində keçirildi. Finalda "Kavalyers" komandası (Polad Həsənov, Ruslan Qafurov, Rustam Əliyev, Anton Belousov) rəqiblərini üstələyərək ölkə Çempionu oldu.

İkinci yerə "Phoenix" (Rəhman Teymurbəyov, Andrey Kondratyev, Ramil Əyyubov, Abdulla Bəylərov) üçüncü yerə isə "Brutality" (Ruslan Zəkiyev, Fariz Qəmbərov, Elmar Mir-bağırov, Hüseyn Qiyasov) komandaları layiq görüldülər. 

DİGƏR YARIŞLAR