3X3 basketbol üzrə növbəti turnir keçirildi

 03.06.2019 - 14:40    220
Kateqoriya: DİGƏR YARIŞLAR
  • 03 İyun 2019
  • 14:40
  •  220

İyun ayının 1-i və 2-də ADBTİA-nın basketbol arenasında 2005-2008-ci illər təvəllüdlü uşaqlar (oğlanlar) arasında "Beynəlxalq Uşaq Günü"nə həsr edilmiş 3X3 basketbol turniri keçirildi. Yarışda 24 komanda iştirak etdi.

U11 yaş qrupunda dairəvi sistemlə keçirilən yarışda 6 komanda iştirak etdi. Bu yaş qrupunda ilk üç yerə "Qaradağ", "Elitar", UGİM-10 komandaları yiyələndi.

U12 yaş qrupunun finalında UGİM-10 UGİM-9 komandası ilə qarşılaşdı. Oyun 8:6 hesabı ilə UGİM-10 xeyrinə bitdi. Üçüncü yer uğrunda qarşılaşmada "Qarabağ" komandası "Elitar1"ə üstün gəldi 6:3.

U13 yaş qrupuna "Qaradağ" komandası UGİM-10 yenərək birinci yeri qazandı 19:13. Öz növbəsində "Elitar1" komandası "ProBasket"i cəmi bir xal fərqi ilə udaraq (8:7) 3-cü yeri tutdu.

Nəhayət turnirin ən maraqli qarşılaşmaları U14 yaş qrupunda baş verdi. Belə ki, birinci yer uğrunda qarşılaşmada UGİM-9 yetirmələri bir xal fərqi ilə UGİM-10 yendilər 12:11. "Qaradağ" isə "ProBasket" komandasına 14:11 hesabı ilə üstün gələrək üçüncü yeri tutdu.

Yekunda turnirin qalibləri fəxri diplomlarla mükafatlandırıldılar.

IMG_3916s

DİGƏR YARIŞLAR