"Top Səndə"nin finalı

 04.07.2019 - 13:48    169
Kateqoriya: DİGƏR YARIŞLAR
  • 04 İyul 2019
  • 13:48
  •  169

İyulun 3-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində "Azərsun" şirkətinin sponsorluğu, "HAKAS" reklam agentliyinin təşkilatı dəstəyi ilə "Top Səndə" layihəsinin final mərhələsi keçirildi.

Finalda U14 yaş qrupunu əhatə edən 6 qız və 12 oğlan komandası yarışırdı. Qızlarda "Gold Fives" komandası gəncəli həmyaşıdlarına qalib gələrək birinci yerə yüksəldilər.

Oğlanların final qarşılaşması daha dramatik keçdi. Belə ki, oyun ərzində "Gəncə" komandası "ProBasket"ə üstün gələrək 2-3 xal fərqi ilə irəlidə idi. Amma son dəqiqədə "ProBasket" hesabı bərabərləşdirdi 10:10. Oyunun bitməsinə 10 saniyə qalmış "Gəncə" komandasının oyunçusu Həsən Ələsgərovun uğursuz 2 xallıq atışdan sonra rəqib topu ələ keçirərək səbətə yönəltdi 11:10

Mükafatlandırma mərasimində Türkiyənin basketbol ulduzu Sinan Gülər iştirak etdi. Qaliblər iyul ayının 7-dən 14-nə kimi İstanbulda "GÜLER LEGACY" basketbol kampında iştirak etmək hüququnu qazandılar.

_MG_2246s 

_MG_2176s

DİGƏR YARIŞLAR