Astarada 3X3 basketbol bayramı
Kateqoriya: DİGƏR YARIŞLAR

Azərbaycanın 3X3 basketbolu üzrə Superliqasının 5-ci mərhələsi AAAF Park Astarada keçirilib. 9 komandanın iştirakı ilə (Bakıdan 4, Cəlilabaddan 2, Astaradan 3)keçirilən yarış maraqlı mübarizə ilə yadda qaldı.
Qalib adını Cəlilabad qazanıb. İkinci yeri “Poluxinski Pereulok” (Bakı), üçüncü yeri isə Astaranın “Zirvə” komandaları tutublar. Liqanın ən dəyərli oyunçusu Cəlilabad komandasının üzvü Məmmədov Əkbər seçildi.






