SAMSUNG Basketbol liqasının açılışı

 06.10.2015 - 10:26    1179
Kateqoriya: UYBL
  • 06 Okt 2015
  • 10:26
  •  1179

19.01.2015

Yanvarın 18-də "The Club Port Baku"nun idman zalında U12 və U14 "Samsung Basketbol Liqa"larının açılış mərasimi keçirildi.

Tədbirdə Azərbaycan Basketbol Federasiyasının baş katibi Qəhrəman Məmmədyarov və "Samsung" şırkətinin nümayəndəsi HD Kim iştirak edirdi. Federasyasının baş katibi giriş sözündə gənc basketbolçuları salamlayaraq onlara uğurlar arzuladı. Daha sonra Q.Məmmədyərov basketbola dəstəyə görə "Samsung" şirkətinə öz minnətdarlığını bildirərək sözü şirkətin nümayəndəsinə verdi. Cənab HD Kim öz tərəfindən yarış iştirakçılarını salamlayaraq "Samsung"un gələcəkdə də basketbola sponsorluq etmək niyyətində olduqlarını bildirdi. Bundan sonra cənab Kimə bu qarşılıqlı tətəfdaşlığı simvolizə edən basketbol forması hədiyyə edildi.

Tamaşaçılarla dolu zalda, gənc basketbolçuların şən övqatı ilə müşahidə olunan "U12, U14 Samsung Basketbol Liqa"sının aşılış məlasimi Azərbaycan Dövlət Himninin səslənməsi ilə başa çatdı.

Açılışdan sonra iki oyun keçirildi.

U14 yaş qrupunda "Makkabi" komandası Təhsil RİOEUGİMə 31-50 hesabıyla məğlub oldu.

U12 yaş qrupunda "Şıçrayış" basketbol klubu 14-32 hesabıyla Səbail UGİMə məğlub oldu.

Növbəti oyunlar yanvar ayının 25 keçiriləcək.

U12 11.00 Təhsil RİOEUGİM - Xətai UGİM

U12 12.00 Makkabi MİİB - Səbail UGİM

U12 13.00 "Sıçrayış" BK - Cres

U14 14.00 Təhsil RİOEUGİM - Xətai UGİM

U14 15.00 "Makkabi" MİİB - Səbail UGİM

U14 16.00 "Sıçrayış" BK - Sabunçu UGİM

sl02

sl3

sl1

sl01

sl5

sl4

sl

UYBL