"SAMSUNG" U12 və U14 liqaların yarışları bitdi

 06.10.2015 - 10:31    787
Kateqoriya: UYBL
  • 06 Okt 2015
  • 10:31
  •  787

02.06.2015

May ayının 31-də "The Club Port Baku"nun idman zalında 5 ay ərzində davam edən "Samsung U12 və U14 uşaq-yeniyetmə liqalarının yarışlarına yekun vuruldu.

U12 yaş qrupunda üçüncü yer uğrunda Xətai UGİM və "Makkabi" komandaları qarşılaşdılar. Bu qarşılaşmada "Makkabi" Xətai UGİM-i 48:37 hesabıyla məğlub edərək bürünc medalları qazandı. Liqanın finalında Təhsil RİOEUGİM və Səbail UGİM komandaları çıxdılar. "Təhsil" RİOEUGİM komandası finalda daha əzmkar oyun sərgiləyərək Səbail UGİM-nə 40:32 hesabıyla qalib gəldi.

U14 "Samsung" Liqasının III yeri uğrunda Xətai UGİM və Sabunçu UGİM üz-üzə qəldilər. Kəskin mübarizə şəraitində keçən qarşılaşmada "Xətai" komandası Sabunçu UGİM-ə üstün gəldi (59:52). Nəhayət hamının gözlədiyi U14 "Samsung" Liqasının final qarşılaşması baş tutdu. Bu qarşılaşmada U14 mili yığmasının əsasını təçkil edən Təhsil RİOEUGİM-in komandası böyük üstünlüklə "Makkabi"ni udaraq (73:49) U14 "Samsung" Liqasının çempionu adına layiq görüldü.

"Samsung"U14 və U12 Liqalarının yarışları bitdikdən sonra I, II, III yerləri tutan komandalar müvafiq olaraq kuboklarla yanaşı qızıl, gümüş və bürünc medallarla mükafatlandırıldılar.

smg1

smg2

smg3

smg4

smg5

smg6

smg7

smg8

smg9

smg10

smg11

UYBL