"Gəncə" lider oldu

 05.12.2016 - 11:47    1173
Kateqoriya: UYBL
  • 05 Dek 2016
  • 11:47
  •  1173

Dekabr ayının 04-də 2 saylı Bakı Tibb Kollecinin idman zalında 2004/2005-ci illər təvəllüdlü yeniyetmə basketbolçular arasında dördüncü turun oyunları keçirildi.

Gəncə TİM - Səbayıl UGİM komandalarının oyunu kəskin qarşıdurma şəraitində keçdi. Belə ki, ilk iki hissə Səbayıl basketbolçularının üstünlüyü ilə keçsə də üçüncü və xüsusən dördüncü hissədə "Gəncə" komandası oyunun mizanını öz xeyrinə əyə bildi (30:21). Bu oyun həm də Raul Əliyevin (Gəncə TİM) öz səbətinə iki xallıq atışı ilə yadda qaldı.

Digər oyunların nəticələri:

Xətai UGİM - "Fərid"İK, 18:33

  Təhsil RİOEUGİM-2 - "Renat" BK, 43:15

"Sıçrayış" UBK - Nərimanov UGİM, 23-8

Sabunçu UGİM -  Yasamal UGİM, 31-4

 

U12 yaş qrupun turnir cədvəli 

Komandalar O Q M TF X
Gəncə şəh. TİM 4 4 - 180 - 39 12
Səbayıl ray. UGİM 4 3 1 96 - 59 10
"Sıçrayış" UBK 4 3 1 92 - 48 10
"Fərid" İK 3 3 - 106 - 60 9
Təhsil RİOEUGİM-2 4 2 2 77 - 76 8
Təhsil RİOEUGİM-1 3 2 1 101 - 46 7
Sabunçu ray. UGİM 3 2 1 64 - 47 7
Xətai ray. UGİM 4 1 3 55 - 88 6
"Renat" BK 4 - 4 34 - 157 4
Nərimanov ray. UGİM 4 - 4 31 - 131 4
Yasamal ray. UGİM 3 - 3 4 - 62 3

 

UYBL