"Gəncə"nin növbəti qələbəsi

 20.02.2017 - 10:58    557
Kateqoriya: UYBL
  • 20 Fev 2017
  • 10:58
  •  557

Fevralın 19-da 2 saylı Bakı Tibb kollecinin idman zalında U14 yaş qrupunda Uşaq-Yeniyetmə Basketbol Liqasının növbəti turu keçirildi.

Oyunlara gəldikdə isə "Fərid" BK - "Gəncə" komandalarının qarşılaşması çox kəskin mübarizə şəraitində keçdi.

Yalnız dördüncü hissədə gəncəlilər mizanı öz xeyrinə əyə bildilər (59:53).

Digər oyunların nəticələri

"Sıçrayış" UBK - Səbail UGİM, 26:69

Qaradağ UGİM - Nərimanov UGİM, 25:46

Təhsil RİOEUGİM 2 - "Elitar Basket", 34:48

Təhsil RİOEUGİM 1 - Sabunçu UGİM, 20:0

 

Növbəti turun cədvəli (U12 yaş qrupu) - 12.03.2017

11.00 Xətai UGİM - Yasamal UGİM

12.00 Nərimanov UGİM - Təhsil RİOEUGİM 2

13.00 Sabunçu UGİM - "Sıçrayış" UBK

14.00 " Təhsil Abşeron" - "Elitar Basket"

15.00 Səbail UGİM -  Gəncə TİM

16.00 "Fərid" İK - Təhsil RİOEUGİM 1 

UYBL