6 ay, 24 gün, 2 çempion

 17.04.2017 - 14:21    766
Kateqoriya: UYBL
  • 17 Apr 2017
  • 14:21
  •  766

Xəbər verdiyimiz kimi, aprelin 16-da "The Club Port Baku"nun basketbol arenasında Uşaq-Yeniyetmə Baskebol Liqasının final oyunları keçirildi.

U12 yaş qrupunda üçüncü yer uğrunda qarşılaşmada "Fərid" BK Sabunçu UGİM-ə 41:27 hesabı ilə qalib gəldi.

 U14 yaş qrupunda bürünc medallar uğrunda ikinci qarşılaşma Gəncə TİM-in və "Sıçrayış" BK-un komandaları üz-üzə gəldilər. Gərgin mübarizə şəraitində keçən oyunda "Sıçrayış" gəncəliləri üstələyə bildi 39:36.

Daha sonra çempionluq uğrunda oyunlara start verildi.

U12 yaş qrupunda məğlubiyyət bilməyən Gəncə TİM-in basketbolçuları Təhsil RİOEUGİM1 komandasını sınağa çəkdi. Final qarşılaşmaya daha yaxşı hazırlaşan Təhsil RİOEUGİM1 rəqibini 37:26 hesabı ilə məğlub edərək birinci yeri tutdu

U14 yaş qrupunda final qarşılaşması daha maraqlı mübarizə şəraitində keçdi. Oyunun ilk iki hissəsində Səbayıl UGİM-in idmançıları böyük üstünlüyə malik oldular. amma 3-cü hissədə Təhsil RİOEUGİM1gənc basketbolçuları  təşəbbüsü ələ alaraq hesab arasında fərqi minimuma çatdırdılar 38:39. Amma son hissədə daha təcrübəli Səbayıl UGİM komandası Təhsil RİOEUGİM1 məğlub edərək 61:46 Liqanın Çempionu oldu.

Sonra fərqlənən komandalar Azərbaycan Basketbol Federasiyasının rəhbərliyi tərəfindən medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırdılar.

ABF-nin Məşqçilər Şurası tərəfindən müxtəlif nominasiyalarda fərqlənən oyunçular bəlli edildi:

U14 MVP - Əkbərov Cəbrayıl (Səbayıl UGİM)

U12 MVP - Abdinov Məcid (Təhsil RİOEUGİM1)

U12 Ən məhsuldar oyunçu - Həsənov Əli (Gəncə TİM)

 

IMG_6695-small

IMG_6643-small

IMG_6687-small

 IMG_6630-small

UYBL