ABF-Təhsil Liqasının finalları

 20.05.2019 - 15:01    202
Kateqoriya: UYBL
  • 20 May 2019
  • 15:01
  •  202

Mayın 17-də Texniki Universtitetin basketbol arenasında U13, U15 yaş qruplarında (oğlanlar) ABF-Təhsil Liqasının qalibləri müəyyən edən final oyunları keçirildi.

Belə ki, 3-cü yer uğrunda (U15) qarşılaşmada "Gəncə" komandası çox cüzi xal fərqi ilə 10 saylı UGİM-in yetirmələrinə məğlub oldu 59:61. Daha sonra bu yaş qrupunda 2 saylı RİOEUGİM-in basketbolçuları 9 saylı UGİM-in komandasına heç bir şans verməyərək (77:44) Liqanın birincisi oldu.

U13 yaş qrupunda hər iki görüş kəskin mübarizə şəraitində keçdi. 3-cü yer uğrunda qarşılaşmada 10 saylı UGİM 7 saylı UGİM-i 63:47 hesabı ilə məğlub etdi. Birinci yerə iddiaçıların qarşılaşmasında isə "Sıçrayış" BK 2 saylı RİOEUGİM-in yetirmələrini 17 xal fərqi ilə məğlub etdi 62:45. Finallardan sonra Liqa qaliblərinin mükafatlandırma mərasimi keçirildi.

Yekun turnir cədvəli:

U13 U15
1."Sışrayış"BK
2.RİOEUGİM 2
3.UGİM 10 
4.UGİM 7
1.RİOEUGİM 2
2.UGİM 9
3.UGİM10
 4."Gəncə"

 _MG_0242s

_MG_0227s

UYBL