"ABF-Təhsil" Liqasının yarışlarına start verildi

 23.10.2019 - 14:45    135
Kateqoriya: UYBL
  • 23 Okt 2019
  • 14:45
  •  135

"Təhsil” Respublika İdman Mərkəzinin və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə 2019-2020-ci il mövsümündə basketbol üzrə 13 yaşadək (U-13), 15 yaşadək (U-15) və 17 yaşadək (U-17) qızlar və oğlanlardan ibarət komandalar arasında “ABF-Təhsil Liqası”nın oyunlarına başlanılıb.

Liqanın keçirilməsində məqsəd yaş qrupları üzrə perspektivli basketbolçuların aşkar edilməsi, uşaqların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.

Qeyd olunan yaş qrupları üzrə  idman məktəbləri və müxtəlif idman təşkilatlarını təmsil edən 49 komanda mübarizə aparacaq.

İki dövrədən ibarət olan "ABF-Təhsil" Liqasının oyunları 2020-ci ilin iyun ayına qədər davam edəcək.

02-22.10.19-2

02-22.10.19-4

02-22.10.19-6

UYBL