Basketbolun Tarixi
OYUNUN YARANMASI
Basketbol 1891-ci ildə (ABŞ) Massaçusets ştatının Sprinqfilds kollecinin bədən tərbiyəsi müəllimı Ceyms Neysmit tərəfindən yaranmışdır. Az vaxtda bu oyun Amerikada böyük şöhrət qazandı, Hal-hazırda, dünyada milyonlarla insanlar bu oyunu oynayırlar.
Ceyms Neysmit 1861-ci ildə Kanadada anadan olmuş, 1939-cu ildə vəfat edib. O, bu oyunu yaradarkən Amerika qitəsində topla oyunların tarıxi məlumatlarından istifadə etmişdir.
Ceyms Neysmitin zəhmətini qiymətləndirərək 1911-ci ildə Sprinqfilds kolleci onu fəxri bəbən tərbiyəsi ustası dərəcəsi ilə təltif etmişdir. 1939-cu ildə Mak Qill Universiteti Neysmitə tibb doktoru dərəcəsi ad verdi, 1968-ci ildə Sprinqfilds kollecində “Basketbol şərəfi zalı” adlı Ceyms Neysmit muzeyi açılmışdır.
DÜNYA BASKETBOLUNUN İNKİŞAFI
Basketbolun nykişafı qaydalara, ləvazimata, qurğulara və basketbolçunun geyiminə öz təsirini göstərdi. 1983-cü ildə ilk dəfə dəmir halqa ilə top qəbul olundu.
1984-cü ildə topun ölçüsü 30-32 düym (76,2-81,3 sm.) qədər artdı.
1895-ci ildə 15 fut məsafədən yerinə yetirilən cərimə artmaları qəbul olundu.
1986-ci ildə topun bütün variantlarla aparılması qanunlaşdı.
Yaranmasından az sonra basketbol ABŞ-da populyarlaşdı. Az sonra bu oyunu başqa ölkələrdə də oynamağa başladırlar.
1891-1918-ci illər basketbolun inkişafının birinci mərhələci hesab olunur – bu mərhələdə basketbol yeni oyun kimi puxtələşir. Gimnastika dərslərinin canlanması üçün icad olunan basketbol sonralar öz xücusiyyəti ilə idman oyunlara çevrildi.
Milli Basketbol Federasiyaların yaradılması onun gələcək inkişafına təcir göstərdi. 1919-1931-ci illər basketbolun inkişafının ikinci mərhələsi kimi xarakterizə olunur.
1932-ci ildə Beynəlxalq Basketbol Federasiyası – BBF yaradıldı. Bu federasiyaya Arqentina, Yunanıstan, İtaliya, Latviya, Portuqaliya, Rumıniya, İsveç və Çexoslovakiya daxil oldu (8 ölkə). 1935-ci ildə Cenevrədə ilk dəfə Avropa çempionatı keçirilmişdi. Bu çempionatda yüksək yeri Pribaltika basketbolçuları tutmuşdu. Avropanın ilk çempionu Latviya komandası olmuşdu. İlk dəfə qadınların Аvropa çempionatı 1938-ci ildə keçirilmişdi. 1935-ci ildə isə basketbol Olimpiya oyunları proqramına daxil edildi. 1936-cı ildə isə XI Olimpiadada – (Berlin-Almaniya) 21 ölkə basketbolçuları iştirak etmişdir. Bu zaman BBF-nın ilk konqresi keçirilmişdi. Konqres basketbol oyunu üçün vahid qayda qabul etmişdi.
1948-1956-cı illər basketbol inkişafının üçüncü mərhələsidir. BBF – başqa beynəlxalq idman birliklərinə başlıca yer tutmuşdu. BBF-nın rəhbərliyi altında beynəlxalq yarışlar, çempionatlar keçirilir. 1948-ci ildə Beynəlxalq Basketbol Federasiyasında 50 ölkə iştırak edir. 1950-ci ildə Argentinada ilk dəfə kişi komandalarının dünya çempionatı keçirilmiş və bu çempionatda argentinalılar qalib gəlmişdilər.
Üç ildən sonra Çilidə qadın komandaları ücün dünya birinciliyi keçirildi. Dünya çempionu adını ABŞ idmançıları qazanmışdı. Sonralar çempionatlar dörd ildən bir keçirilir.
Hər il BBF-nın rəhbərliyi altında kubok uğrunda çempionatlar və kuboklar kuboku uğrunda basketbol yarışları təşkil olunur. Belə BOK-in qərarına görə 1976-cı ildə keçirilən XXI Olimpiya oyunlarında (Monrealda-Kanada) qadın komandaları daxıl edildi. Basketbol indi bütün dünyada inkişaf etmiş və sevimli oyuna çevrilmişdir. Hal-hazırda Beynəlxalq Federasiya 167 ölkə Milli Federasiyasını öz heyətində birləşdirir.
1984-cü ildə ABŞ-da ilk dəfə rəsmi oyun qaydaları nəşr olundu və bunun əsasında yarışlar keçirilməyə başlandı. Oyunun yayılması ilə onun texnikası və taktikası da formalaşırdı. Oyunun yayılması ilə onun texnikası və taktikası da formalaşırdı.
Topun tutulması, ötürülməsi, aparılması və səbətə atılması kimi texniki fəndləri meydana gəldi. Lakin texnikada dinamiklik çatışmırdı – bütün ötürmələr və atmalar bir yerdən iki əllə yerinə yetirilirdi. Taktikada komanda üzvlərinin oyun funksiyası və onların müdafiəçilərə və hücumçulara bölünməsi müəyyənləşdi. Əsasən bu illər basketbol Avropa və Cənubi Amerika ölkələrinə yayılmağa başladı.
AZƏRBAYCAN BASKETBOLUNUN TARİXİ
Azərbaycanda basketbolun inkişaf tarixi digər idman növləri kimi ilk addımlarını hələ 1920-cı ildən əvvəl Bakıya işləməyə gəlmiş xaricı neft şirkətlərində calışan fəhlə və qulluqçuların təşəbbüsü ilə həyata vəsiqə almışdır. Məsələn, tarixi materiallar göstərir ki, helə 1912-ci ildə Bakıda “Soko” adlı ilk gimnastika cəmiyyətinin yaradıcısı “Ştilman və Kompaniya” şirkətinin nümayəndəsi Ştrekker adlı bir varlı şəxs Bakıda ilk su stansiyasının tıkılməsi təşəbbüsünün irəli sürdü və tədricən bu cəmiyyətin fəal iştirakı ilə Bakıda ilk dəfə futbolun təbliğinə başlanır. Gördüyü kimi ümümbəşəri idman növlərinin, o cümlədən, basketbolun Azərbaycanda ilk inkişafı xarıcı ölkə, ilk növbədə İngiltərədən, İsveçdən, Almaniyadan Bakıya gəlmiş neft şirkətlərin rəhbərləri özlərinin asudə vaxtlarının mənalı təşkili məqsədilə onlara çoxdan tanış olan idman oyunlarının yayılmasının ilk təşəbbüsçüləri olmuşlar. Digər tərəfdən yerli sakinlər üçün qəribə görünən bu idman növlərinin inkişafı həmin ölkələrin mədəni – mənəvi zənginliyini sübuta yetirən faktor kimi xarici ölkə adamlarının böyük marağına cəbəb olmuşdur.
Basketbol digər idman növləri kimi Azərbaycanda özünün ilk addımlarını 1920-ci ildən başlayır. Məhz bu illərdən başlayaraq ayrı-ayrı əmək kollektivlərində, idarə və müəssisələrdə, ali təhsil ocaqlarında, idman cəmiyyətlərində komandalar yaradılır, məşğələlərə cəlb olunan basketbol həvəskarlarının sayı gün–gündən artırılır. 1926-cı ildə təkcə Bakı şəhərində 300-ə yaxın basketbol üzrə komandaların və məşğələlərin fəaliyyət göstərməsi qeydə alınmışdı. Bu da təsadüfi deyildi. 1923-cü ildən başlayaraq bütün kompleks yarışların və spartakiadaların proqramına basketbol idman növü də daxıl edilir və basketbol üzrə cadə idman meydançaların kütləbi təşkili əksər təşkilatların diqqət mərkəzində olur. Onu da deyək ki, Bakı şəhərində basketbol, futbol və voleyboldan conra öz kütləviliyinə görə üçüncü yeri tuturdu.
Tədricən basketbol Azərbaycanın digər şəhər və rayonlarında inkişaf etdirilməyə başlayır. Komandaların say artımı ilə yanaşı basketbolun texniki və taktiki keyfiyyətləri təkmilləşdirir, topun tora salınmasında yeni–yeni üsullar tədbiq edilməyə başlayır ki, bunlar da basketbol oyunun improvizasiyaya daha böyük meyl etməsinə və nəticə etıbarlı basketbolun estetik baxımdan daha cazibədar formaya yiyəlməsinə səbəb olur. Tədricən fərdi oyundan kollektiv oyun sisteminə keçid prosesi başlayır.
1920-30-cu illərdə Azərbaycanda ən güvvətli basketbol komandası “Dəmir yolu” idman klubunda yetişir. Təsadüfi deyil ki, bu klubun secmə komandası artıq neçə illər idi ki, Azərbaycan çempionu adına layıq görülürdü.
Onu da qeyd etmək lazımdır ki, basketbolun inkişafında “Dinamo” idman cəmiyyətinin də öz dəsti xətti, öz ənənələri var idi. Demək olar ki, 1926-cı ildən sonra “Dinamo” cəmiyyətinin basketbol üzrə seçmə komandası liderliyi ələ alır və uzun müddət onu özundə saxlayır.
Azərbaycanda bu illər basketbolun inkişafında N.Talışxanovun, İ.İonovun, Q.Abramovun, Y.Arunovun, qadinlardan K.Əfendiyevanın, S.Pleskunovanın, Fominanın xidmətləri böyük olmuşdur. Məhz bu ixtisasçılar bütün həyatını basketbola bağlı etmiş və yorulmadan bu idman növünü təbliğatçılarından birinə çevirilmişdılər.
Bunun nəticəsində artıq basketbol Lənkaran, Tovuz, Balakən, Zaqatala və digər rayonlarda da öz pərəstişkarlarını tapır.
1930-cu ildən başlayaraq müntəzəm olaraq keçirilən Zaqafqaziya Recpublikaları Spartakiadaların proqramına kişilər və qadınlardan ibarət yarışların keçirilməsi proqrama daxil edilir ki, bu da basketbolun Zaqafqaziyada da geniş inkişaf tapmasına təkan verir, istedadlı basketbolçuların hər üç respublikada yetişməcinə səbəb olur.
1931-ci ildə artıq Azərbaycanda kişilərdən ibarət seçmə komandası Zaqafqaziya birinciliyinin qalibi olur və ilk dəfə SSRİ birinciliyində müstəqil komanda ilə çıxış etmək hüququna malik olur. Bu ildən başlayaraq Azərbaycanın kişilərdən ibarət seçmə komandası Zaqafqaziyada uzun müddət liderliyi özündə saxlayır və ildən ilə idmançılarımızın texniki və taktiki hazırlıq səviyyəsi rəngarəng olmaqla müasirləşir, yeniləşirdi.
1930-cu illərdə artıq basketbol məktəblərinin spartakiadasının proqramına daxil olur.
1934-cü ildən başlayaraq ilk dəfə basketbol üzrə respublika birinciliyi keçirilməqə başlayır. Bu da basketbolun Azərbaycanda Bakı şəhərində əlavə dıgər şəhər və rayonlarında inkişafı ilə əlaqədar idi. Bu yarışlarda Bakının, Gəncə və Xanların seçmə komandaları çıxış edirdilər. Yarışlar dairəvi sistemdə keçirilirdi, Azərbaycanın ilk respublika çempionu adına Bakının “Dinamo” cəmiyyətinin komandası layıq görülür. Onu da deyək ki, bu cəmiyyət conrakı beş il ardıcıl olaraq bu liderliyi özündə saxladı.
Basketbol Azərbaycanda geniş yayıldığının və respublikamızda istedadlı basketbolçuların tərbiyə edilməsinin nəticəsidir ki, artıq 1935-ci ildən başlayaraq Azərbaycanın seçmə komandası SSRİ birinciliyi yarışlarında uğurla çıxış etməyə başlayır. Elə həmin ildən başlayaraq respublikamızın qadınlardan ibarət seçmə komandamızda SSRI birinciliyi yarışlarında öz güvvələrini cınamağa başlayır. Leninqrad şəhərində 12 kişi və 12 qadın komandaları arasında keçirilən bu yarışlar hərəsi 6 komandadan ibarət olan 2 yarımqrupa bölünmüşdülər. Azərbaycanın hər iki komandası birinci qrupda çıxış edirdilər. İlkin yarışlarda qadınlarımızdan ibarət komanda 3-cü yeri tutaraq finalda Ukrayna seçmə komandası ilə görüşdə 22:24 həsabı ilə məğlub olaraq ümumı məqbulda 4-cü yeri tutur, kişilər arasında Daşkənddə keçirilən yarışda nsə komandamız nisbətən zəyif çıxış edərək 11-ci yer ilə kifayətlənir.
Növbəti 1936-cı ildə artıq komandamızın texniki və taktiki baxımdan ustalıqlarında xeyli irəliləyiş olduğu hiss olunur və bu hər iki komandanın keçirdiyi rəsmi görüşlərdəki nəticələri bir daha sübut edə bilər.
1936-cı il SSRİ birinciliydə birinci qrupda çıxış edən qadınlardan ibarət seçmə komandamız ilkin yarışlarda Gürcüstanın seçmə komandasına 41:20, Belorusiyaya 30:16, Xarkova 23:3, Sverdlovsk şəhərində seçmə komandasına 28:14 və Kiyev komandasına 25:17 hesabı ilə qalib gələrək üçüncü mükafata layıq yer tutur ki, bu da bir daha Azərbaycanda basketbolun yüksək usta komandaları səviyyəsində mübarizə aparmaq güvvəsinə malik olması əyani sürətdə göstərir.
Kişilərdən ibarət komandamızda ilkin yarışlarda Gürcustanın (27:24), Minskin (35:20), Xarkovun (26:14), Novosibirskin (29:25) komandalarına qalib gələrək finalda Odessanın seçmə komandasına 24:30 hesabı ilə uduzaraq IV yeri tuturlar.
Onu da qeyd edarak ki, conrakı illərdə də Azərbaycan basketbolu uğurla çıxış etməyə başlayır, komandalarımız hər il yeni-yeni istedadlı, nisbətən cavan idmançılarla təmcil olunurdu.
Əgər biz 70 il ərzində Azərbaycanda basketbolun inkişaf səviyyəsinə nəzər salsaq həqiqətən də inkişafın ildən-ilə artdığını görərik və bu inkişaf 50-ci illərdə də özünü nisbətən təşəkkülünü tapır. Həmin illər Azərbaycanın seçmə komandasına A.Petrov, A.Rıbalko, Ə.Məmmədyarov, Q.Məmmədyarov, Y.Arunov, F.Səmədov, S.Novruzov və başqa istedadlı gənc basketbolçuları gözəl oyun nümayiş etdirmişlər.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Azərbaycanda basketbolun yayılması və inkişafı bir başa SSRİ-nin əməkdar məşqçisi, professor T.Abbasovun adı ilə bağlıdır və bu istedadlı məşqçi bütün şüurlu həyatını basketbolun inkişafı və çiçəklənməci kimi şərəfli bir işə sərf etmişdir.
XX əsrin sonlarında durğunluq dövrünü yaşayan Azərbaycan basketbolu Olimpiya oyunlarında Azərbaycan idmançılarının qələbələrinin təsiri ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
1994-cü ildə Azərbaycan Basketbol Federasiyası (ABF) Beynəlxalq Basketbol Federasiyasına (FİBA) tamhüquqlu üzv qəbul edilimişdir və bu da komandalarımıza beynəlxalq yarışlarda müstəqil dövlətimizin bayrağı altında çıxış etmək hüququ qazandırmışdır.
1995-ci ildə Türkiyə, Gürcüstan, Türkmənistan və Azərbaycanın kişilərdən ibarət yığma komandalarının iştirakı ilə Bakıda Beynəlxalq turnir keçirilmiş və Azərbaycan komandası turnirin qalibi olmuşdur.
1995-ci ildə qadınlardan ibarət yığma komanda Avropa Çempionatının seçmə yarışlarında iştirak etmişdir.
1996-cı ildə ABŞ-ın məşhur basketbolçusu Bob Kouzin 70 illiyınə həsr edilmiş turnirdə Azərbaycanın kişilərdən və veteranlardan ibarət yığma komandaları da iştirak etmişdir. Veteranlardan V.Muxin, S.Novruzov, Q.Məmmədyarov, H.Ələkbərov və başqaları Nyu-Norkda keçirilən həmin turnirin iştirakçıları olmuşlar.
1997-ci ildən 2000-ci ilə qədər ABF-sı FİBA-nın heç bir toplantı və tədbirlərdə iştirak etmədiyinə görə Avropa Basketbol Federasiyasının tamhüquqlu üzvlüyündən xaric edilmişdir.
2000-ci ildə Azərbaycan Basketbol Federasiyasının yeni rəhbərliyi seçilmişdi.
Beynəlxalq əlaqalarin yeni səviyəyə galdırılması sayəsində 2000-ci ildə Türkiyədə keçirilən FİBA konqressində ABF-nın bu beynəlxalq quruma üzvlüyü bərpa olunmuşdur.
2000-ci ilin fevralında ölkəmizin yeniyetmə oğlanları və qızlarından ibarət yığma komandaları İran İslam Respublikasında keçirilən beynəlxalq yarışlarda iştirak etmişlər. Qızlardan ibarət milli yığma komandamız fəxri III yerı tutmuşdur.
2000-ci ilin iyun ayında Moskvada Beynəlxalq Tələbə Basketbol Liqasının (BTBL) təsis konfransına həsr edilmiş tələbələr (kişilər) arasında beynəlxalq yarış keçirilmişdir. Azərbaycan yığma komandası bu turnirdə iştirak etmişdir. Azərbaycan Basketbol Federasiyasının nümayəndəsi BTBL Şurasının üzvü seçilmişdi.
15-22 iyun 2000-ci ildə Bakı şəhərində ilk dəfə olaraq “Azərbaycan BAM turniri” respublika basketbol yarışları keçirilmişdir (“BAM turniri” FİBA-nın yeniyetmə basketbolçular arasında keçirdiyi rəsmi Avropa yarışlarıdır). Bu turnirdə qızlar arasında Qaradağ rayonunun UGİM komandası, oğlanlar arasında isə “Bakılı” idman klubunun yeniyetmələri qalib gələrək “Avropa BAM turniri”ndə iştirak etmək hüququ qazanmışlar.
13-16 iyul 2000-ci ildə Bolqarıstanın Veliko Tirnovo şəhərində yeniyetmə qızlar arasında “Avropa BAM turniri”nin seçmə oyunları keçirilmişdir. Bolqarıstan, Rumıniya və Albaniya komandaları ilə bir qrupda yarışan Azərbaycan komandası fəxri III yeri tutmuş, FİBA-nın kuboku və bürünc medallarla təltif edilmişdir. Oğlanlar arasında isə bu oyunlar həmin ilin sentyabr ayında Bolqarıstanın Botevqrad şəhərində keçirilmişdir. Yarışda komandamızın rəqibləri Türkiyə, Bolqarıstan, Bosniya və Herseqovinə komandaları olmuşdur. Komandamız IV yerlə kifayətlənmişdir.
11-18 noyabr 2000-ci ildə kişilərdən ibarət milli yığma komandamız Tehran şəhərində keçirilmiş “İmam Əli Kuboku” uğrunda I beynəlxalq basketbol turnirində iştirak etmiş və bütün görüşlərdə qalib qələrək Kubokun sahibi olmuşdur.
21-23 yanvar 2000-ci ildə Gürcüstanın "Geosell" komandası Bakıda Qərb Univetsitetinin komandası və “AZANS” komandası ilə, yanvarın 24-də isə Olimpiya mərkəzində Azərbaycanın yığma komandası ilə yoxlama görüşləri keçirmişdir.
10-18 fevran 2001-ci ildə İran İslam Respublikası Basketbol Federasiyаsının dəvəti ilə yeniyetmə oğlanlardan ibarət yığma komandamız Tehran şəhərində keçirilən ənənəvi beynəlxalq turnirdə iştirak etmiş və Ermənistandan olan rəqiblərinə qalib gəlmişdir.
25-27 mart 2001-ci ildə ilk dəfə olaraq yeniyetmə qızlar arasında Novruz bayramına həsr olunmuş beynəlxalq turnir keçirilmişdir. Turnirdə Pyatiqorsk, Volqoqrad və Tbilisi idmançılarıda da ıştirak etmişdir. Həmyerlilərimiz yarışların qalibi olmuşdur.
2001-ci ildən kişilər arasında Azərbaycan çempionatının qalibi Qərb Universitetinin, 2002-ci ilin ölkə çempionu isə NTD “Servis” komandaları olmuşdur.
2002-ci ilin avqust ayında Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev basketbol üzrə Olimpiyа, Dünya və Avropa çempionu olan məhşur basketbolçu Rimas Kurtinaytisi qəbul etmişdir,elə həmin ilin sentyabr ayında Kurtinaytis milli yığmaya baş məşqçi təyin edildi. Məhşur litvalının Azərbaycana gəlişi ölkəmizdə basketbolun inkişafına güclü təkan verdi. Beləki, 2002-ci ildən Yüksək Liqanın yarışları 8 ay ərzində dünya standartlarına uyğun olaraq bir neçə mərhələdə keçirilməyə başladı. Ölkə çempionatında iki dövrədən sonra 6 komanda müəyyən edilirdi. Daha sonra yenə iki dövrə keçirilərək növbəti mərhələyə çıxaraq 4 komanda çıxırdı. Bu 4 komanda arasında “pley-off”lar keçirilərək çempion və mükafatçılar müəyyən olunurdu.
2002-ci ildə Azərbaycan basketbolunun tarixində ilk dəfə olaraq Bakıda FİBA tərəfindən keçirilən seminarda 14 azərbaycan məşqçisinə beynəlxalq lisenziya verildi.
2003-cü il
"Qala" BK-nın Avropa Kuboku yarşlarında iştırakı.
2004-cü il Andora
Kişilərdən və qadınlardan ibarət yığma komandalarımızın Avropa İnkişaf Kubok yarışlarında iştirakı.
2005-ci il
"Qala" BK-nun Avropa Kubokunda iştirakı.
Səudiyyə Ərəbistan İslam Həmrəylik Oyunları (İslam ölkələrinin Olimpiya Oyunları)
Rimas Kurtinaytisin rəhbərliyi altında kişilərdən ibarət Azərbaycan milli yığma komandası I-ci yeri tutaraq 12 qızıl medal qazanmışdır. Ölkə prezidenti möhtərəm cənab İlham Əliyev milli yığmanı qəbul edərək basketbolçularımızın möhtəşəm qələbəsini xüsusu qeyd etdi: “…İlk dəfə keçirilən İslam Ölkələrinin Birinci Həmrəylik Olimpiadasında Azərbaycan basketbolçuları birinci yeri tutublar, çempion olublar. 60-a yaxın ölkənin iştirakı etdiyi yarışlarda birinci yeri tutmaq böyük nailiyyətdir. Mən bu münasibətlə sizi təbrik edirəm və arzu edirəm ki, həmişə Azərbaycanın idman şöhrətini belə yüksək saxlayasınız.”
Həmin il Azərbaycan basketbolunun tarixində ilk dəfə olaraq Uşaq-Yeniyetmə Basketbol Liqası yaradılmışdır.
2006-cı il Albaniya
Kişilərdən ibarət Azərbaycan milli yığması Albaniyada keçirilən FİBA-nın Avropa İnkişaf Kubokunda iştirak edərək final qarşılaşmada Albaniya milli yığmasını gərgin mübarizədə yenərək I-ci yeri gazanmışdı.
2007-ci il
U-18 yeniyetmələrdən ibarət yığma komanda Avropa çempionatında iştirakı.
2008-ci il Şotlandiya
Elxan Əliyevin rəhbərliyi altında Şotlandiyada ilk dəfə keçirilən Avropa Çempionatının “C” divizionunda kişilərdən ibarət milli yığmamız I-ci yeri tutaraq tarixi qələbəyə nail olmuşdur.
2010-cu il Kırğızıstan
Kişilərdən ibarət Azərbaycan milli yığması Bişkek şəhərində keçirilən “Novruz-2010” Beynəlxalq turnirin qalibi
Yekaterinburq
Yeniyetmə oğlanlardan ibarət mili yığma komanda Yekaterinburq şəhərində keçirilən Rusiyanın Məktəb Basketbol liqasinının Superfinalında iştirak etmişdir. Yığma komandamızın üzvü Renat Urazayev turnirin ən yaxşı oyunçusu adına (MVP) layıq görülmüşdür.
Kişilərdən ibarət milli yığma komandamız Avropa Çempionatının “B” divizionda (I dövrə) uğurla çıxış edərək (Albaniya-Azərbaycan (63:81), Azərbaycan-Belarusiya (83:79), Rumıniya-Azərbaycan (86:101), Azərbaycan-İsvəç (73:101)) 4 oyundan 3 gələbə qazanmışdır.
Uşaq-Yeniyetmə Basketbol Liqasının dəfələrlə çempionu olmuş “Renat” komandası Batumidə keçirilən Beynəlxalq turnirdə iştirak etmiş və II yerə layıq görülmüşdür. Bu turnirdə “Renat” BK-u Ermənistanı təmsil edən komandanı 96:42 hesabıyla udaraq darmadağın etmişdir.
Azərbaycan hakimi Ələkbər Həsənov FİBA tərəfindən beynəlxalq dərəcəli referi statusuna layıq görülmüşdür.
2011-ci il İran
Gənclərdən ibarət milli yığma. Sarab şəhərində keçirilən beynəlxalq turnir II yer.
Kırğızıstan
Kişilərdən ibarət Azərbaycan milli yığması Bişkek şəhərində keçirilən “Novruz-2011” Beynəlxalq turnirin qalibi.
Kişilərdən ibarət milli yığma komandamız Avropa Çempionatının “B” divizionunun (II dövrə) “B” qrupunda uğurla çıxış edərək II-ci yeri qazanmışdır.
2012-ci il Kırğızıstan
Kişilərdən ibarət Azərbaycan milli yığması Bişkek şəhərində keçirilən “Novruz-2012” Beynəlxalq turnirinin qalibi olaraq Novruz Kubokunu Azərbaycana qətirdilər.
Makedoniya
Qadınlardan ibarət Azərbaycan milli yığması Avropa Çempionatının “C” divizionunun iştirakçısı.
Kişilərdən ibarət milli yığma komandamız Avropa Çempionatının seçmə mərhələsində 50% nəticə göstərərək (4 qələbə, 4 məğlubiyyət) təəssüf ki, 12 xalla Sloveniyaya vəsiqə qazana bilmədi. Buna Bolqarıstan və İsveç yığmaları ilə hər iki səfər qarşılaşmasında 17 xallıq məğlubiyyətimiz mane oldu. Mərhələ ərzində qazanılan və buraxılan topların əmsalına görə İsveç 2-ci, Bolqarıstan isə 3-cü yeri tutdu.
Azərbaycan Basketbol Federasiyasının prezidenti cənab Nadir Nəsibov dünya şöhrətli əfsanəvi basketbolçu Litva Basketbol Federasiyasının prezidenti Arvidas Sabonisi qəbul etdi.
FİBA təlimatçısı Nakiç Davorinin rəhbərliyi altında Bakıda keçirilən ABF-in hakimləri və məşqçilər korpusu üçün seminar.
2013-cü il İran
Kişilərdən ibarət "Qala-Atena" BK Sarab şəhərində keçirilən beynəlxalq turnirin qalibi.
Kırğızıstan
Kişilərdən ibarət "Qala-Atena" BK Bişkek şəhərində keçirilən “Novruz-2013” Beynəlxalq turnir II yer.
FİBA-nın idman direktoru Kosta İlyevin rəhbərliyi altında Bakıda 3X3 basketbol növü üzrə seminar.
Azərbaycan hakimi Ruslan Xalıqov FİBA tərəfindən beynəlxalq dərəcəli referi statusuna layıq görülmüşdür.
FİBA Avropa Hakimlər Departamentin direktoru Riçard Stoksun rəhbərliyi altında Bakıda keçirilən ABF-in hakimləri korpusu üçün seminar.
İlk dəfə Azərbaycanı təmsil edən kişilərdən ibarət 3x3 basketbol üzrə "BAKI" komandası iyulun 27 və 28 Türkiyənin Antalya şəhərində "TBF Türkiyə turu"nda 22 komandanın qatıldığı 3x3 basketbol üzrə turnirin qalibi oldu.
30-31 iyulda "Bakı" komandası İstanbulda Türkiyə Basketbol Federasiyasının (TBF) təşkil etdiyi "3X3 Abdi İpekçi Kubok"unda iştirak etdi və TBF-nın təsis etdiyi "3X3 Abdi İpekçi Kubok"unu qazandı.
3X3 "BAKI" komandası avqustun 4-də "Kiyev Open Celenc"in dünya turunun seçmə mərhələsinə qatıldı.
İlk dəfə açıq havada Azərbaycan Basketbol Federasiyası və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə avqustun 6-da Xətai rayonu Rüfət Məmmədov adına 269 saylı məktəbin idman meydançasında 3X3 basketbol üzrə "Baku Open-2013" turniri keçirildi. Turnirdə oğlanlardan və qızlardan ibarət 23 komanda iştirak edirdi.
2014-cü il
İyun-İyul
Avstriyanın Sent Polten şəhərində kiçik ölkələr arasında keçirilən Avropa Çempionatında qadınlardan ibarət yığma komandamızın iştirakı (VI yer).
"Qala" Basketbol Klubu Türkiyənin Quşadası və Erdemit şəhərlərində keçirilən 3x3 basketbol növü üzrə beynəlxalq turnirlərin qalibi oldu.
Kişilərdən ibarət yığma komandamız Amsterdamda keçirilən 3X3 basketbol növü üzrə Avropa Çempionatının seçmə mərhələsində bütün rəqiblərini yenərək qitə birinciliyinə vəsiqə qazandı.
Qadınlardan ibarət yığma komandamızın Zanka şəhərində keçirilən 3X3 basketbol növü üzrə Avropa Çempionatının seçmə mərhələsində iştirakı.
Avqust
"Qala" basketbol Klubunun Kopenhagendə keçirilən 3X3 Dünya turunda iştirakı (III yer).
Sentyabr
Kişilərdən ibarət milli yığma komandanın Buxarestdə keçirilən 3X3 basketbol üzrə ilk Avropa Çempionatında iştirakı.
2015-ci il
Aprel
Qadınlardan ibarət 3X3 basketbol növü üzrə yığmanın Daşkəntdə keçirilən beynəlxalq turnirində iştirakı (I yer).
Paytaxtımızın "Sərhədçi" İdman Olimpiya Mərkəzində 3X3 basketbol üzrə kişələr arasında beynəxalq turnir keçirildi. Turnir çərçivəsində FİBA , Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi və Azərbaycan Basketbol Federasiyası tərəfində təşkil edilmiş 3X3 basketbol novü üzrə beynəlxal seminar keçirilmişdir.
İyun
Bakıda keçirilən İlk Avropa Oyunlarında 3X3 basketbol növü üzrə qadın və kişilərdən ibarət yığma komandalarının iştirakı (qadınlar - VI yer, kişilər - V yer).
İyul
Cəbbəlüttariqdə keçirilən Avropa Çempionatının "C" Divizionunda yeniyetmə oğlanlardan ibarət U18 yığma komandamızın iştirakı (II yer). Bu çempionatda gümüş medallarına sahib olan yığmamızln üzvü Endər Poladxanlı turnirin MVP oyunçusu adına layıq görüldü.
2016–cı il
İyul
Nikosiyada (Kipr) keçirilən FİBA Avropa Çempionatında (Division C) ilk dəfə Azərbaycanın yeniyetmə oğlanlardan ibarət U16 yığma komandası iştirak edib. Avropa Çempionatının bu yaş qrupunda ilk dəfə çıxış edən komandamız ikinci yerə yüksəldi.
Təşkilatçılar tərəfindən komandamızın üzvləri Donat Saadettin və Papuna Kirtadze Çempionatın simvolik beşliyinə seçildilər. Papuna Kirtadze isə bu mötəbər turnirin ən yaxşı oyunçusu (MVP) adına layiq görüldü.
San-Marinoda keçirilən FİBA Avropa Çempionatında (Division C) Azərbaycanın oğlanlardan ibarət U18 yığma komandası qızıl medalları qazanıdı və komandamızın kapitanı Endər Poladxanlı təşkilatçılar tərəfindən çempionatın ən yaxşı oyunçusu (MVP) adına layiq görüldü.
2017-ci il
May
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 3X3 basketbol üzrə həm kişi, həm də qadın yığma komandalarımız bütün rəqiblərini yenərək İslamiadanın qalibləri oldular.
İyul
Oğlanlardan ibarət U20 (Rumıniya) və U18 (Estoniya) yığma komandaların FİBA Avropa Çempionatlarında ("B" Div) iştirakı.
Andorrada keçirilən FİBA Avropa Çempionatında (Division C) yeniyetmə oğlanlardan ibarət U16 yığma komandası bürünc medalları qazandı.
2018-ci il
Fevral
İran İslam Respublikasının Sarab şəhərində keçirilən beynəlxalq turnirdə U18 millinin iştirakı (I yer).